Sumqayıt şəhər Kimyaçılar sarayında təhsil işçilərinin sentyabr konfransı, Sumqayıt şəhər Dövlət Dram Teatrında isə şəhərdə təhsil alan şəhid övladları və 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilib.
Hər iki tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Milli Məclisin deputatları və təhsi işçiləri iştirak ediblər.
Tədbirlərdə Zakir Fərəcov və İlhamə Abdullayeva çıxış edərək dövlətimizin uğurlu təhsil siyasətindən, bu sahəyə göstərilən xüsusi diqqət və qayğıdan, regionda, o cümlədən Sumqayıt şərində təhsil alan şagirdlərin göstəricilərindən və qəbul imtahanlarında qazandıqları nailiyyətlərdən danışıblar.
Görüşdə ATİAHİ Sumqayıt şəhər komitəsi tərəfindən 101 şəhid övladına və 130 nəfər 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunmuş abituriyentlərə qiymətli hədiyyələr verilib.
Görüşdə konsert proqramı da təqdim olunub.