8173
319
76
Haqqımızda
Ümumi Məlumat
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.
Struktur
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının daxili strukturu...
Fəaliyyətin Əsas İstiqamətləri
Həmkarlar ittifaqı komitəsinin fəaliyyətinin əsas istiqamətləri əsasən onun qarşısında duran aşağıdakı vəzifələrdən ibarətdir...
AHİK-in Normativ-Metodiki Sənədləri, Tövsiyələri
«Həmkarlar İttifaqları Haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq, müəssisənin mülkiyyət formasından asılı olmayaraq, əmək müqaviləsi ilə Həmkarlar ittifaqları üzvlərinə hüquqi yardım xidməti göstərilir.
ATİAHİ-nin Normativ-Metodiki Sənədləri, Tövsiyələri
ATİAHİ Respublika Komitəsinin Reqlamenti, ATİAHİ orqanlarında hesabat-seçkilərin keçirilməsi qaydası haqqında təlimat, ATİAHİ-yə üzv təşkilatlarda kargüzarlığın aparılmasına dair təlimat.
Beynəlxalq Təşkilatlarla Əlaqələr
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür.

Ramazan ayı münasibətilə ATİAHİ-nin ittifaq üzvləri üçün iftar süfrələri təşkil olunub
ATİAHİ-nin şəhər, rayon və rayon hüquqlu komitələrinin təşkilatçılığı ilə Ramazan ayında ittifaq üzvləri üçün iftar süfrələri təşkil edilib.
Müqəddəs Ramazan ayı münasibətilə keçirilən bu xeyirxah tədbirlərdə 3000-dən çox ittifaq üzvü iştirak edib. İftar süfrələri zamanı ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad olunub, Qurani-Kərimdən ayələr oxunaraq dualar edilib.
Allah bu mübarək ayda edilən ibadətləri və tutulan orucları qəbul etsin!
3/17/2025

Novruz bayramı münasibətilə ittifaq üzvlərinə bayram hədiyyələri paylanılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) tərəfindən Novruz Bayramı münasibətilə ittifaq üzvlərinin övladlarına bayram hədiyyələrinin təqdim edilməsinə başlanılıb.
İttifaq üzvləri göstərilən diqqət və qayğıya görə AHİK və ATİAHİ rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.
Hədiyyələrin paylanması ittifaq üzvləri və onların övladları üçün bayram əhval-ruhiyyəsini yüksəldib və həmrəylik ruhunun əhəmiyyətini bir daha önə çəkib.
3/14/2025

ATİAHİ-nin psixoloji dəstək layihəsindən mart ayında 526 təhsil işçisi yararlanıb
ATİAHİ Respublika Komitəsinin dəstəyi ilə həyata keçirilən psixoloji dəstək layihəsi çərçivəsində mart ayında 526 təhsil işçisi bu xidmətdən yararlanıb. Bu dəfə təlimlər Bakı şəhərinin Nizami, Xəzər və Xətai rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün təşkil edilib.
Təlimlər zamanı iştirakçılara peşəkar psixoloqlar tərəfindən layihənin məqsədi barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb. Təlimin əsas məqsədi təhsil işçilərinin psixoloji rifahını yüksəltmək və onların peşə fəaliyyətində qarşılaşdıqları çətinliklərdə dəstək göstərməkdir.
3/13/2025

Şəhidlərimizi QÜRURLA ANIRIQ!


Fibonacci Robot Olimpiadasının möhtəşəm açılış mərasimindən. #AHİK #ATİAHİ #thik #Fibonacci
3/1/2025
Alimlərin "Zəfər düşərgəsi"
2/25/2025
ATİAHİ Respublika Komitəsinin sədri Təhsil Tv - nin qonağı olub
2/22/2025
Bir qrup tələbəyə adlı təqaüd verilib
2/18/2025
ATİAHİ sədri Araz Paşayev İTV-də yayımlanan “Xəbərimiz Var” verilişinin qonağı olub
1/24/2025Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti HİK
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti HİK
Azərbaycan Dövlət Pedaqoji Universiteti HİK
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası HİK
Azərbaycan Dillər Universiteti HİK
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası HİK
Azərbaycan Memarlıq və İnşaat Universiteti HİK
Azərbaycan Milli Konservatoriyası HİK