Sumqayıt şəhər komitəsinin hesabatı qənaətbəxş qiymətləndirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsində XXI hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Abşeron-Xızı Regional Təhsil  İdarəsi müdirinin müavini Aydın Rəhimov və 81 ittifaq üzvü iştirak edib. Yığıncaq həmkarlar ittifaqı orqanlarında “Hesabat-seçki keçirilməsi qaydası haqqında Təlimata” uyğun olaraq təşkil olunub və 2017-2024-cü hesabat ilində görülən işlər müzakirə olunaraq qənaətbəxş qiymətləndirilib. Tədbirdə həmçinin şəhər komitəsinin və Təftiş komissiyasının yeni tərkibi formalaşıb. Xudaverdi Əliyev isə səsçoxluğu ilə Sumqayıt şəhər komitəsinin yenidən sədri seçilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo