Sumqayıtda ilk həmkarlar ittifaqlarının sədrləri ilə görüş olub


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsi  tərəfindən ilk həmkarlar ittifaqlarının sədrləri ilə görüş keçirilib.

Tədbirdə Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev çıxış edərək görülmüş işlər, həyata keçirilmiş layihələr və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, cəmiyyətdə həmkarlar ittifaqlarının nüfuzunun artırılması, sıralarının genişləndirilməsi, bütün müraciətlərə həssas yanaşılması və dəqiq cavablandırılması qarşıda duran başlıca vəzifələrdir. Eləcə də ittifaq üzvlərinin əmək hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi və fəaliyyətdə şəffaflığın yüksəldilməsi bundan sonra da əsas hədəflər sırasındadır. Odur ki, ittifaq sədrləri fəaliyyəti təkmilləşdirməli, məsuliyyəti artırmalı və üzvlərin məmnunluğunu təmin etməlidir.

Həmçinin tədbirdə müzakirlər aparılıb, rəy və təkliflər dinlənilib, suallar cavablandırılıb.

Qeyd edək ki, Sumqayıt şəhər komitəsi 114 ilk həmkarlar ittifaqı təşkilatını və 10 000 nəfərədək ittifaq üzvünü birləşdirir.

 
IMG-20241025-WA0025.jpg 461.79 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo