Sumqayıtda ittifaq üzvlərinə hesabat verilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Sumqayıt şəhər komitəsinin xidmətində olan ilk həmkarlar ittifaqlarında 2024-cü ildə keçirilən hesabat-seçki yığıncaqları başa çatıb.
Öncə hesabat-seçki yığıncaqlarına dair 114 ilk həmkarlar ittifaqının sədrləri ilə iclas təşkil olunub və yığıncaqların keçirilməsi üçün lazımi sənədlərin nümunələri onlara verilib. Yığıncaqlar “Hesabat - seçkilərin keçirilməsi qaydası haqqında təlimata” uyğun aparılıb. Belə ki, tədbirlərdə ötən dövr ərzində ittifaqların gördüyü işlər, həyata keçirdiyi layihələr, əmək hüquqlarının müdafiəsi, işçilərin istirahətinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində atılmış addımlar barədə hesabatlar dinlənilib və üzvlər tərəfindən görülən işlər qənaətbəxş hesab edilib.
Həmçinin yığıncaqlarda ittifaq üzvlərinin rəy və təklifləri səslənib, sualları cavablandırılıb. Eləcə də ittifaqların yeni tərkibi formalaşıb, 92 ittifaqın sədrlərinə yenidən etimad göstərilib, 22 təhsil müəssisəsində isə yeni sədrlər seçilib. Sumqayıt şəhər komitəsinin nümayəndələri yığıncaqlarda iştirak edib, qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini veriblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo