Sumqayıtda müəllimlər arasında keçirilmiş şahmat yarışının qalibləri məlum olub
Elm və Təhsil Nazirliyi və ATİAHİ Respublika Komitəsinin birgə qərarına müvafiq olaraq, Sumqayıt şəhər 2 №-li Uşaq Gənclər İdman Şahmat Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışı  keçirilib.

İsveçrə sistemi üzrə keçirilən yarışda 19 ümumtəhsil məktəblərinin müəllimləri mübarizə aparıb. Yarış 7 turdan ibarət olub. Gərgin idman mübarizəsi şəraitində keçirilən yarışda 12 №-li tam orta məktəbin müəllimi Rəfiqə Ağacanova I yeri, 11 №-li tam orta məktəbin müəllimi Tahir Məmmədov II yeri və TET Gimnaziyanın müəllimi Azad Gəncəliyev III yeri qazanıb.

Qaliblərə və daha iki həvəsləndirici yeri tutan müəllimlərə ATİAHİ Sumqayıt şəhər komitəsinin fəxri fərmanı və pul mükafatı verilib.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo