Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsi Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə birgə ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışı keçirib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunan yarışda 20 müəllim iştirak edib. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I yeri 11 №-li tam orta məktəbin müəllimi Məmmədov Tahir Hidayət oğlu, II yeri 12 №-li tam orta məktəbin müəllimi Ağacanova Rəfiqə Yafəs qizi, III yeri 35 №-li tam orta məktəbin müəllimi Quliyev Mayis Gülhəsən oğlu qazanıb. Həvəsləndirici yerlərə isə TET Gimnaziyanın müəllimi İsmayılov Mərdan Rəhim oğlu və 1 №-li Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Əmirbəyova Şəlalə Əbülfəz qızı layiq görülüb. Qaliblər Sumqayıt şəhər komitəsinin fəxri fərmanı ilə təltif olunub. Eləcə də qaliblərə pul mükafatı verilib.