Sumqayıtda Müəllimlər Günü qeyd edilib

Sumqayıt Şəhər İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil  İdarəsi və ATİAHİ Sumqayıt şəhər komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, ATİAHİ Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev, şəhid ailələri və qabaqcıl təhsil işçiləri iştirak ediblər.
  Çıxış edənlər ölkə təhsilinin inkişafında müəllimlərin əməyindən danışıblar. Bildirilib ki, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı bütün cəmiyyət üçün əlamətdardır. 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ölkəmizdə 1993-cü ildən qeyd edilməyə başlayıb. Müəllim adı tarixən həmişə fədakarlıq, əzm, Vətənə və millətə sevgi, insanpərvərlik anlayışları ilə birgə xatırlanıb. Müəllim olmaq ona görə şərəflidir ki, müstəqil Azərbaycanımızın gələcəyinin daha möhkəm təməllər üzərində qurulması yolunda onların əməyi ölçüyəgəlməzdir.
Vurğulanıb ki, müəllim əməyi, təmənnasız xidməti ilə müqəddəslik qazanıb. Ona görə də istər qeyri-rəsmi, istərsə də rəsmi çərçivədə hər zaman müəllimə hörmət, ehtiram bəslənilir. Azərbaycanın böyük müəllim ordusu respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərir.
Tədbirdə iştirak edən müəllimlər onların fəaliyyətinə verilən yüksək qiymətdən razılıqlarını bildirib və bundan sonra da yeniyetmələrimizin maariflənməsi yolunda əzmlə çalışacaqlarını qeyd ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo