Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt “Kimyaçı” mədəniyyət sarayında təhsil işçilərinin sentyabr konfransını keçirib.
Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, şəhid ailələri, qazilər, qonaqlar və təhsil işçiləri iştirak ediblər.
Konfransda çıxış edənlər 2023-2024-cü tədris ilində şagirdlərimizin və müəllimlərin əldə etdikləri nailiyyətlər və qarşıda duran vəzifələr haqqında danışıblar.
Həmçinin yeni tədris ilinin başlaması münasibətilə şəhərin pedaqoji ictimaiyyətinin nümayəndələrinin ünvanına təbriklər səslənib.