Sentyabrın 12-də Sumqayıt şəhərində Abşeron-Xızı Regional Təhsil İdarəsi və ATİAHİ Sumqayıt şəhər komitəsinin birgə təşkilatçılığı ilə müəllimlərin sentyabr konfransı keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Konfransda Sumqayıt şəhərində təhsilin səviyyəsindən, ötən tədris ilinin nəticələrindən, sumqayıtlı gənclərin ali məktəblərə qəbul imtahanlarında göstəricilərindən, cari tədris ilində qarşıda duran vəzifələrdən danışılıb.
Konfrans çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyevin iştirakı ilə 650-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunan 56 gəncə notbuk və bir qrup təhsil işçisinə isə Fəxri fərman təqdim olunub.