ATİAHİ Sumqayıt şəhər komitəsi Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə birlikdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.
Tədbirdə təhsil idarəsinin müdiri İlhamə Abdullayeva və komitənin sədri Xudaverdi Əliyev çıxış ediblər. Bildirilib ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayır.
Qadın müəllimlər onlar üçün hazırlanmış tədbirə görə, təşkilatçılara təşəkkür ediblər.
Tədbirdə iştirak edən 150 fəal qadın təhsil işçisinə qiymətli hədiyyələr verilib.