Sumqayıtda şəhid ailələrinə bayram sovqatları verilib


Ramazan bayramı münasibətilə Sumqayıt şəhərində şəhid ailələri ilə görüş keçirilib.

ATİAHİ Sumqayıt şəhər komitəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı baş tutan tədbirdə 46 şəhid ailəsindən olan Sumqayıt şəhər təhsil işçisi və 37 nəfər ümumtəhsil məktəblərində təhsil alan şəhid övladları iştirak ediblər.

    Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və ATİAHİ Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev bayram münasibəti ilə şəhid ailələrini təbrik ediblər. X.Əliyev bildilrilib ki, Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də Azərbaycan xalqı, dövlət tərəfindən şəhid ailələrinə, qazilərimizə dəstək və yardım göstərilir: “Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.
Vətən müharibəsi dövründə və müharibədən sonrakı mərhələdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, onun üzv təşkilatları və həmkarlar ittifaqı komitələri daim dövlətimizin və ordumuzun yanında olub, milli həmrəylik nümayiş etdiriblər. Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə, onların ailələrinə, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi başlıca istiqamətə çevrilib, Ali Baş Komandanın bütün addımlarını dəstəkləyərək şanlı ordumuza maddi və mənəvi yardım göstəriblər. Bu nəcib missiyamızı bundan sonra da davam etdirəcəyik. Bu, bizim ən ali vətəndaşlıq borcumuzdur. İllər keçsə də, şəhidlərimizi unutmayacayıq, onlardan yadigar qalan övladlarına hər zaman dəstək olmağa çalışacağıq”.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə, təşəkkür ediblər.
Sonda şəhid ailələrinə bayram sovqatları verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo