Sumqayıt şəhər 22 №-li tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə voleybol yarışı keçirilib.
ATİAHİ Sumqayıt şəhər komitəsinin təşkilatçılığı ilə baş tutan yarış şəhərin ümumtəhsil müəssisələrinin müəllimləri arasında təşkil olunub. Doqquz komandanın mübarizə apardığı yarışda 22 №-li tam orta məktəbin komandası I yeri, 34 №-li tam orta məktəbin komandası II yeri, 33 №-li tam orta məktəbin komandası isə III yeri qazanıb.
Şəhər komitəsi tərəfindən qaliblərə fəxri fərman və pul mükafatı təqdim olunub.