Sumqayıtda təhsil sahəsində fərqlənən şagirdlərlə görüş olub


Abşeron-Xızı Regional Təhsil İdarəsi ATİAHİ RK Sumqayıt şəhər komitəsi ilə birgə Fənn olimpiadalarında və müxtəlif  Respublika müsabiqələrində qalib olmuş şagirdlərlə görüş keçirib.

Görüşdə İdarənin müdiri İlhamə Abdullayeva, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev, ümumtəhsil məktəblərinin direktorları, təhsil işçiləri və valideynlər iştirak ediblər.

Çıxış edənlər qazandıqları nailiyyətlərə görə, şagirdləri təbrik edib, gələcək həyatlarında və təhsil sahəsində uğurlar arzulayıblar.

Müsabiqə qaliblərinə və onların müəllimlərinə fəxri fərman və hədiyyələr verilib.

Tədbir konsert proqramı ilə davam edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo