Sumqayıtda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mini-basketbol yarışı keçirilib


Sumqayıt şəhər ümumtəhsil müəssisələrinin müəllimləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini-basketbol yarışı başa çatıb. Yarışda 44 nəfər təhsil işçisinin iştirak etdiyi 11 komanda mübarizə aparıb.

İdman mübarizəsi maraqlı anları ilə yadda qalıb və tamaşaçılar tərəfindən maraqla izlənib.

Yarışda 22 №-li tam orta məktəbin komandası I yerə, 34 №-li tam orta məktəbin komandası II yerə, 31 №-li tam orta məktəbin komandası  isə III yerə layiq görülüb. 

Yarışın qaliblərinə ATİAHİ Sumqayıt şəhər komitəsinin fəxri fərmanı və pul mükafatı verilib.
basketbol5.jpg 2.78 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo