Sumqayıt şəhər ümumtəhsil müəssisələrinin müəllimləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini-futbol (futzal) yarışı keçirilib. Yarışda 70 nəfər müəllim iştirak etdiyi 10 komanda mübarizə aparıb. Olimpiya sistem əsasında təşkil edilmiş idman mübarizəsi maraqlı anları ilə yadda qalıb və tamaşaçılar tərəfindən maraqla izlənib.
Nəticələrə əsasən, 4 №-li tam orta məktəbin komandası I yerə, 26 №-li tam orta məktəbin komandası II yerə, 22 №-li tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Yarışın qaliblərinə ATİAHİ Sumqayıt şəhər komitəsinin fəxri fərmanı və pul mükafatı verilib.